...

ABŞ Əfqanıstana koronavirusla mübarizə üçün 15 milyon dollar ayıracaq

Dünya xəbərləri Materials 24 Mart 2020 06:23 (UTC +04:00)
ABŞ Əfqanıstana koronavirusla mübarizə üçün 15 milyon dollar ayıracaq

Bakı. Trend:

ABŞ Əfqanıstana yeni növ koronavirusun yayılmasına qarşı mübarizəyə 15 milyon dollar vəsait ayıracaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Dövlət departamenti bildirib.

Dövlət Departamentində Vaşinqtonun Əfqanıstan prezidenti Əşrəf Qani və Baş nazir, prezidentliyə namizəd Abdulla Abdullanın "inklüziv hökumət"in yaradılması ilə bağlı aparılan uğursuz danışıqlardan sonra ölkəyə maliyyə yardımının azaldılmasına baxmayaraq, bu addımı atacağını vurğulayıblar.

Xatırladaq ki, ABŞ Dövlət katibi Maykl Pompeo martın 23-də Əfqanıstana elan olunmamış səfər edib. Məlumata görə, Pompeonun səfərinin məqsədi Əfqanıstan hökuməti və radikal Taliban hərəkatı arasında əsirlərin mübadiləsi ilə bağlı danışıqlara kömək etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti