...

İtaliyada koronavirusa yoluxmuş “birinci xəstə” evə buraxıldı

Dünya xəbərləri Materials 24 Mart 2020 11:42 (UTC +04:00)
İtaliyada koronavirusa yoluxmuş “bir nömrəli xəstə” xəstəxanadan buraxılıb
İtaliyada koronavirusa yoluxmuş “birinci xəstə” evə buraxıldı

Bakı. Trend:

İtaliyada koronavirusa yoluxmuş “bir nömrəli xəstə” xəstəxanadan buraxılıb.

Trend-in məlumatına görə, 38 yaşlı Kodonyo qəsəbə sakini fevralın 19-da xəstəxanaya yerləşdirilmişdi.

Mattia adlı şəxs martın 9-dan etibarən nəfəs almağa başlayıb.

O, tam sağaldıqdan sonra xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, koronavirusun mənbəyi İtaliyada Lombardiya vilayətinin Kodonyo qəsəbəsi hesab olunub.

Bu günədək İtaliyada 63 927 nəfər koronavirusa yoluxub, 6 077 nəfər virusun qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti