...

Rusiyanın "Su-27" qırıcı təyyarəsi Qara dənizə düşüb

Dünya xəbərləri Materials 26 Mart 2020 00:58 (UTC +04:00)

Bakı. Trend:

Rusiyaya məxsus "Su-27" qırıcı təyyarəsi Qara dəniz üzərində radarlardan itib, ilkin məlumatlara əsasən təyyarə dənizə düşüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, insident martın 25-i yerli vaxtla saat 20:10 radələrində Feodosiyadan 50 kilometr aralıda baş verib.

Bildirilir ki, pilotun axtarışlarına Cənub Hərbi Dairəsinin axtarış-xilasetmə xidmətinin qüvvə və vasitələri cəlb edilib: "An-26" təyyarəsi və "Mi-8" helikopteri.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti