...

Çində koronavirusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 29 Mart 2020 06:17 (UTC +04:00)
Çində yeni növ koronavirusa (COVİD-19) daha 45 nəfər yoluxub
Çində koronavirusa yoluxanların sayı artıb

Bakı. Trend:

Çində yeni növ koronavirusa (COVİD-19) daha 45 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumata əsasən, yoluxma hallarının 44-ü xaricdən gələn Çin vətəndaşlarında qeydə alınıb. Gün ərzində 5 nəfər dünyasını dəyişib, ölüm hallarının hamısı Hubey əyalətində qeydə alınıb.

Bildirilir ki, ötən gün 477 nəfər koronavirusdan sağalıb.

Qeyd edilir ki, epidemiya zamanı ölkədə ümumilkdə koronavirusa yoluxanların sayı 81 439 nəfərə, ölənlərin sayı 3 300 nəfər çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti