...

Kanadada 800-dən çox koronavirusa yoluxma halı aşkar edilib

Dünya xəbərləri Materials 30 Mart 2020 07:16 (UTC +04:00)
Kanadada 800-dən çox koronavirusa yoluxma halı aşkar edilib

Bakı. Trend:

Kanadada 24 saat ərzində yeni koronavirusa yoluxanların sayı 5425 nəfərdən 6258 nəfərə qədər artıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Yoluxma halları Kanadanın 13 bölgəsindən 12-də qeydə alınıb. Nunavutun yalnız Arktika ərazisində virus yayılmayıb. Xəstəliyin ən sürətli yayılması Ontario vilayətində qeydə alınıb, burada son 24 saat ərzində yoluxanların sayı 360 nəfərdən çox artaraq 1,355-ə çatıb.

Kvebekdə (2840) və Britaniya Kolumbiyasında (884) əhəmiyyətli dərəcədə koronavirus daşıyıcısı müəyyən edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti