...

Suriyada daha bir nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 31 Mart 2020 06:03 (UTC +04:00)
Suriyada yeni növ koroanvirusdan (COVİD-19) ikinci ölüm halı qeydə alınıb
Suriyada daha bir nəfər koronavirusdan ölüb

Bakı. Trend:

Suriyada yeni növ koroanvirusdan (COVİD-19) ikinci ölüm halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Suriya hakimiyyəti koronavirusayoluxan xəstələr üçün Dəməşqin yaxınlığındakı Zabadani şəhərində "Əl-Vətəni" xəstəxanası yanında yaradılmış tibb mərkəzini ayırıb. Tibb mərkəzində epidemiyalarla mübarizə üçün hazırlanan 200-dən artıq həkim və tibb personalı çalışır.

Martın 31-i yerli vaxtla saat 16:00-da Suriyada vətəndaşların əyalətlərarası hərəkətinə qadağa qüvvəyə minəcək. Bu qərar koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti