...

Türkiyə NATO-nun ilk virtual konfransını yarımçıq tərk etdi

Dünya xəbərləri Materials 3 Aprel 2020 17:19 (UTC +04:00)
Türkiyə NATO-nun ilk virtual konfransını vaxtından əvvəl tərk edib
Türkiyə NATO-nun ilk virtual konfransını yarımçıq tərk etdi

Bakı. Trend:

Türkiyə NATO-nun ilk virtual konfransını vaxtından əvvəl tərk edib.

Trend-in məlumatına görə, videokonfrans zamanı Türkiyə və Yunanıstan xarici işlər nazirlərinin danışıqları zamanı mart ayında iki ölkə sərhədində miqrantların ölümü ilə bağlı mübahisə yaranıb.

Türkiyəli nazir Mövlud Çavuşoğlu buna görə, Yunanıstanı təqsirləndirib. Yunanıstanlı nazir Nikos Dendias isə Ankaranı NATO dəyərlərinə zərbə vurmaqda ittiham edib.

Nəticədə M.Çavuşoğlu alyansın baş katibi Yens Stoltenberqin çıxışını gözləməyərək videokonfransı tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti