...

Nyu-Yorkda COVİD-19 qurbanlarının sayı sutka ərzində 300 nəfəri ötüb

Dünya xəbərləri Materials 4 Aprel 2020 05:28 (UTC +04:00)
Nyu-Yorkda COVİD-19 qurbanlarının sayı sutka ərzində 300 nəfəri ötüb

Bakı. Trend:

Nyu-Yorkda yeni növ koronavirus səbəbindən son sutka ərzində ölənlərin sayı 300 nəfəri keçib.

Trend-in məlumatına görə, bu barədə meriyanın saytı xəbər yayıb.

Amerikan meqapolisində koronavirusdan ölüm hallarının sayı hazırda 1867-ə yüksəlib. Bir gün əvvəl bu say 1562-ə bərabər idi.

Yoluxanların ümumi sayı sutka ərzində 6 min çoxalaraq 56 289 təşkil edir. Şəhər xəstəxanalarında 11 739 nəfər müalicə alır.

Nyu-Yorkun meri bildirib ki, şəhər yaxın vaxtlarda ağ ciyərlərin süni ventilyasiyası aparatlarının ehtiyatını bitirmək riski ilə üzləşəcək, gələn həftədən isə xəstəxanalar kəskin mütəxəssis çatışmazlığı yaşamağa başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti