...

Qazaxıstanda daha bir nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 5 Aprel 2020 15:20 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanda daha bir nəfər yeni növ koronavirusdan ölüb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Çimkent şəhərində 1964-cü il təvəllüdlü xəstə dünyasını dəyişib.

Bildirilir ki, ölkədə koronavirusdan ölənlərin sayı 6 nəfərə çatıb.

Qeyd edək ki, Qazaxıstanda koronavirusa ilk yoluxma halı martın 13-də qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti