Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxt Riyad da daxil olmaqla, ölkənin bir neçə bölgəsində 24 saat komendant saatı tətbiq edilib.
Trend-in məlumatına görə, bu barədə ölkə Xarici İşlər Nazirliyi bildirib.
Məlumata əsasən, tam komendant saatı Dammam, Dahran, Ciddə, Tabuk, Hofuf və Ər-Riyad şəhərlərində, eləcə də Ciddə, Taif, El-Katif və Əl-Xobar əyalətlərində "dərhal və daha sonra xəbərdar edilməsindəndək qüvvəyə minir".
Qeyd edilir ki, bu tədbirlər koronavirusun yayılmasına qarşı görülüb. Sakinlərə yalnız səhər 6-dan axşam 3-dək evin yanında yerləşən aptek və ərzaq mağazalarına getmək üçün icazə veriləcək. Məhdudiyyətlər iqtisadiyyatın həyati sahələrində çalışan insanlara aid edilmir.