...

Tacikistan sərhədləri bağladı

Dünya xəbərləri Materials 10 Aprel 2020 15:25 (UTC +04:00)
Tacikistan sərhədləri bağladı

Bakı. Trend:

Tacikistan koronavirus epidemiyasının qarşısının alınması məqsədilə xarici vətəndaşlar üçün sərhədi bağlayıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bildirib.

Giriş-çıxış məhdudiyyəti dövlət sərhədinin bütün keçid məntəqələrində tətbiq olunub.

Ölkəyə yalnız diplomatlar, beynəlxalq təşkilat və maliyyə institutlarının əməkdaşları gələ bilər. Bu şəxslər də ölkədə daxil olduqdan sonra 14 gün müddətində karantinə alınmalıdır.

Qeyd edək ki, bu günədək Tacikistanda koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti