...

ABŞ-da koronavirusdan sutka ərzində 2 mindən artıq insan ölüb

Dünya xəbərləri Materials 11 Aprel 2020 05:22 (UTC +04:00)
ABŞ-da ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 2,1 mindən artıq insan ölüb
ABŞ-da koronavirusdan sutka ərzində 2 mindən artıq insan ölüb

Bakı. Trend:

ABŞ-da ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 2,1 mindən artıq insan ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ötən sutka ərzində 2108 nəfər dünyasını dəyişib, bu isə növbəti antirekorddur. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 18 693 nəfərə çatıb.

Bildirilir ki, koronavirusa 500 399 yoluxma halı qeydə alınıb, 28 837 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti