...

ABŞ-ın bütün 50 ştatında koronavirusdan ölüm halları qeydə alınıb

Dünya xəbərləri Materials 14 Aprel 2020 02:11 (UTC +04:00)
ABŞ-ın bütün 50 ştatında koronavirusdan ölüm halları qeydə alınıb

Bakı. Trend:

ABŞ-ın Vayominq ştatında koronavirusdan ilk ölüm qeyd edildi.

Trend-in məlumatına görə, bu barədə ştatın qubernatoru Mark Qordon "Twitter" səhifəsində xəbər yayıb.

Beləliklə ölkənin bütün 50 ştatında COVİD-19 infeksiyası ilə əlaqəli ölüm halları qeydə alınıb.

Qeyde edək ki, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Johns Hopkins Universitetinin məlumatında ABŞ-da 568 mindən çox koronavirusa yoluxma halı, 23 min insanın bu xəstəlikdən öldüyü bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti