...

Fransada koronavirusdan ölənlərin sayı 20 mini ötüb

Dünya xəbərləri Materials 20 Aprel 2020 22:54 (UTC +04:00)

Bakı. Trend:

Fransada yeni növ koronavirusdan ötən sutka ərzində 547 nəfər ölüb.

Trendin "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Baş Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon deyib.

J.Salomon bildirib: "Ölkədə koronavirusdan ölənlərin sayı 20 min nəfəri ötüb. Hazırda Fransada koronavirusdan ölənlərin sayı 20 255 nəfər təşkil edir".

O əlavə edib ki, 12 513 ölüm halı xəstəxanalarda, 7 752 ölüm halı isə sosial və tibb müəssisələrində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti