...

Cenevrədə BMT-nin 14 əməkdaşı koronavirusa yoluxub

Dünya xəbərləri Materials 21 Aprel 2020 04:07 (UTC +04:00)
Cenevrədə BMT-nin 14 əməkdaşı koronavirusa yoluxub

Bakı. Trend:

Cenevrədə BMT-nin 14 əməkdaşı yeni növ koronavirusa yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın Cenevrədəki qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççi deyib.

A.Velluççi bildirib: "Aprelin 20-si üçün ümumilikdə Cenevrə bölməsinin 14 əməkdaşının COVİD-19 testi müsbət nəticə verib".

Məlumata əsasən, yoluxma halları BMT-nin Ticarət və İnkişaf Konfransının, Ətraf Mühit Proqramının, İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin əməkdaşları arasında qeydə alınıb. Koronavirusa yoluxanlar arasında həmçinin BMT-nin Cenevrədəki qərargahının 5 əməkdaşı da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti