Bakı. Trend:
Rusiyada koronavirusa yoluxma göstəriciləri növbəti dəfə rekord vurub.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 5 642 nəfər koronavirusa yoluxub, 51 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 52 763 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 456 nəfərə çatıb.
Ümumilikdə, 3 873 nəfər sağalıb, 48 434 nəfərin müalicəsi davam edir.