...

Belarus Rusiyadan qoyun-keçi idxalını dayandırdı

Dünya xəbərləri Materials 22 Aprel 2020 12:07 (UTC +04:00)
Belarus Rusiyanın İvanovo vilayətində qoyun və keçi idxalını müvəqqəti olaraq dayandırıb
Belarus Rusiyadan qoyun-keçi idxalını dayandırdı

Bakı. Trend:

Belarus Rusiyanın İvanovo vilayətindən qoyun və keçi idxalını müvəqqəti olaraq dayandırıb.

Trend-in məlumatına görə, buna həmin heyvanlarda çiçək xəstəliyinə yoluxma hallarının aşkarlanması səbəb olub.

Qeyd olunur ki, qadağa aprelin 22-dən etibarən qüvvəyə minir.

Qərara əsasən, qoyun və keçilərlə yanaşı, zoopark və sirk məqsədləri üçün gətirilən digər cütdırnaqlı heyvanların gətirilməsi də qadağan edilib. Bundan başqa, İvanovo vilayətindən Belarusa süd və süd məhsulları, dəri və yun idxalı dayandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti