...

Rusiyada koronavirusdan ölənlərin sayı min nəfəri keçdi

Dünya xəbərləri Materials 30 Aprel 2020 11:49 (UTC +04:00)
Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artır
Rusiyada koronavirusdan ölənlərin sayı min nəfəri keçdi

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 7 099 nəfər koronavirusa yoluxub, 101 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 106 498 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 1 073 nəfərə çatıb.

Ölkə ərazisində virusdan ümumilikdə 11 619 nəfər sağalıb, 93 806 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti