...

Braziliyada koronavirusa yoluxanların sayı 90 mini ötüb

Dünya xəbərləri Materials 2 May 2020 06:36 (UTC +04:00)
Braziliyada koronavirusa yoluxanların sayı 90 mini ötüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Braziliyada yeni növ koronavirusa daha 6 209 yeni yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 91 589 nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində koronavirusdan 428 nəfər ölüb, ölənlərin ümumi sayı 6 329 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti