...

Cənubi Koreyada koronavirusa 13 yoluxma halı aşkarlanıb

Dünya xəbərləri Materials 3 May 2020 08:05 (UTC +04:00)
Cənubi Koreyada koronavirusa 13 yoluxma halı aşkarlanıb

Bakı. Trend:

Cənubi Koreyada ötən sutka ərzində yeni növ koronavirusa 13 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzindən (KCDC) bildirilib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 793 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb.

Qeyd edilir ki, ötən sutkada 60 nəfər sağalıb, sağalanların ümumi sayı 9 183 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti