...

Fransada koronavirusdan ölənlərin sayı 25 minə yaxınlaşır

Dünya xəbərləri Materials 4 May 2020 05:51 (UTC +04:00)
Fransada koronavirusdan ölənlərin sayı 25 minə yaxınlaşır

Bakı. Trend:

Fransada son sutka ərzində yeni növ koronavirusdan 135 nəfər dünyasını dəyişib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 24 895 nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində həmçinin 308 nəfərdə koronavirus aşkarlanıb, koronavirusa yoluxanların ümumi sayı 131 287 nəfər təşkil edir.

Məlumata əsasən, hazırda xəstəxanalarda 25 815 nəfər qalır, onlardan 3 819 nəfərinin vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti