Bakı. Trend:
Polşa parlamenti prezident seçkilərində səsvermənin poçt vasitəsilə keçirilməsi barədə qanun layihəsini qəbul edib.
Trend-in məlumatına görə, parlamentin aşağı palatası 236 lehinə, 213 əleyhinə olmaqla qanunu qəbul edib. Qanun ölkə prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Polşada prezident seçkiləri mayın 10-da baş tutmalı idi. İndi parlament müzakirələri ilə əlaqədar seçkilər iyun ayına keçirilib. Səsvermənin tarixi yaxın zamanlarda açıqlanacaq.