...

ABŞ-da koronavirusla bağlı 9 milyondan artıq test aparılıb

Dünya xəbərləri Materials 12 May 2020 02:43 (UTC +04:00)
ABŞ-da koronavirusla bağlı 9 milyondan artıq test aparılıb

Bakı. Trend:

ABŞ-da yeni növ koronavirusla bağlı 9 milyondan artıq test aparılıb.

Trend-in "İntefaks"a istinadən verdiyi məlumata görə, bubu ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, ABŞ-da gündə 300 min test edilir və bu rəqəmlər artmağa davam edəcək: "Bu həftə biz 10 milyondan artıq test edəcəyik".

Xatırladaq ki, Con Hopkins Universitetinin məlumatına əsasən, ABŞ-da koronavirusa yoluxanların sayı 1,34 milyonu ötüb. Koronavirusa yoluxanların 80 087 nəfəri ölüb, 216 169 nəfəri isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti