...

Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 111 nəfərə çatıb

Dünya xəbərləri Materials 15 May 2020 08:19 (UTC +04:00)
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 111 nəfərə çatıb

Bakı. Trend:

Qırğızıstanda ötən sutka ərzində daha 29 nəfər yeni növ koronavirusa yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 111 nəfərə çatıb.

N.Usanbayev qeyd edib ki, ötən gün həmçinin 10 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə ölkədə 745 nəfər koronavirusdan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti