...

Putinlə Ərdoğan koronavirusla mübarizəni müzakirə edib

Dünya xəbərləri Materials 18 May 2020 17:59 (UTC +04:00)
Putinlə Ərdoğan koronavirusla mübarizəni müzakirə edib

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, prezidentlər koronavirusla mübarizədə əməkdaşlıq məsələlərini, eləcə də postpandemiya dövründə atılacaq addımları müzakirə edib.

Bundan başqa, danışıqlar zamanı Suriyadakı vəziyyət müzakirə olunub.

Prezidentlər, həmçinin bir sıra regional məsələlər və ikitərəfli əməkdaşlıq məsələlər barədə danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti