Meksikada koronavirusdan daha 334 nəfər ölüb

Bakı. Trend:
Meksikada ötən sutka ərzində yeni növ koronavirusdan daha 334 nəfər ölüb.
Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu ölkənin Səhiyyə Nazirliyinin baş epidemioloqu Xose Luis Alomiya deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin sayı 5 666 nəfərə çatıb.
L.Alomiya qeyd edib ki, ötən sutka ərzində 2 713 nəfərdə koronavirus aşkarlanıb, Meksikada koronavirusa yoluxanların ümumi sayı 54 346 nəfər təşkil edir.
Xəbər lenti
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri