...

Kanadada koronavirusa daha 990 yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 21 May 2020 07:27 (UTC +04:00)
Kanadada koronavirusa daha 990 yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Kanadada yeni növ koronavirusa daha 990 yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxan 40 766 nəfər sağalıb, xəstəlikdən ümumi ölənlərin sayı isə 6 030 nəfər təşkil edib.

Qeyd edək ki, Kanadada koronavirusa ilk yoluxma halı yanvarın 15-i qeydə alınıb. Yoluxma halları ölkənin 12 regionunda müşahidə edilir. Ən çox yoluxma halları Kvebek (44 775), Ontario (23 774) və Alberta (6 716) əyalətlərində qeydə alınıb. Kanadada 1,3 milyondan artıq insan koronavirusla bağlı testdən keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti