Bakı. Trend:
ABŞ-da “Harley Davidson” motosiklet şirkətinin zavodları iki aylıq fasilədən sonra fəaliyyətini bərpa edəcək.
Trend-in məlumatına görə, zavodlarda sosial məsafə qaydaları tətbiq olunacaq və iş yerləri dezinfeksiya ediləcək.
Şirkətin mayın 25-də işə başlayacağı bildirilir.
Xatırladaq ki, “Harley Davidson” şirkətinin zavodlarında iş mart ayında dayandırılıb. Buna səbəb Viskonsin ştatındakı müəssisədə əməkdaşların birinin koronavirusa yoluxması olub.