...

İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb

Dünya xəbərləri Materials 24 May 2020 00:41 (UTC +04:00)
İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb

Bakı. Trend:

İspaniyada cari ilin iyul ayında turizm mövsümü bərpa edilir.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Pedro Sançes deyib.

Nazir bildirib ki, ölkə həm bölgə sakinlərinin, həm də səyahət edənlərin təhlükəsizliyi üçün bütün lazımi tədbirləri görəcək: "Bu barədə aidiyyəti nazirliklər yaxın gələcəkdə detalları açıqlayacaqlar".

Hansı ölkələrlə hava əlaqələrinin yenidən açılacağı bilinməsədə, nazir tur operatorları yay kampaniyasına başlamağa çağırıb.

Xatırladaq ki, İspaniya koronavirus infeksiyasının ən çox yayıldığı ölkələrin ilk beşliyindədir. Ölkədə bu virusa 234,8 min nəfər yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti