...

ABŞ-ın Minneapolis şəhərində komendant saatı tətbiq olunub

Dünya xəbərləri Materials 30 May 2020 05:49 (UTC +04:00)
ABŞ-ın Minneapolis şəhərində komendant saatı tətbiq olunub

Bakı. Trend:

Afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar etirazların dayandırılmadığı ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində komendant saatı tətbiq edilib.

Trend-in məlumatına görə, bu barədə şəhərin meri Ceykob Freyin fərmanında bildirilib.

Fərmana əsasən, Mayneapolis şəhərində 29 May yerli vaxtla saat 20:00-dan və həftə sonu saatları ərzində komendant saatları tətbiq ediləcək.

Komendant saatı şənbə və bazar günləri axşam saat 20:00-dan səhər 6-dək qüvvədə olacaq. Bu saatlarda şəhər əhalisinə küçələrdə olmaq qadağandır. Qadağanı pozana 1000 ABŞ dolları və ya daha çox miqdarda cərimə tətbiq edilir, həmçinin 90 gün müddətinə həbs cəzası verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti