...

Türkiyədə qəza baş verib: ölənlər var

Dünya xəbərləri Materials 30 May 2020 07:00 (UTC +04:00)
Türkiyədə qəza baş verib: ölənlər var

Bakı. Trend:

Türkiyənin Hatay vilayətində baş verən yol qəzasında 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Trend-in məlumatına görə, hadisə Dörtyol rayonunda baş verib. Avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil uçuruma düşüb.

Daha sonra Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinin (AFAD) əməkdaşları, yanğısöndürənlər, səhiyyə işçiləri və jandarmeriya əməkdaşları hadisə yerinə göndərilib.

Yaralılardan dördü Dörtyol və İskenderun rayonlardakı müxtəlif xəstəxanalara çatdırılıb.

Sürücü, eləcə də avtomobildə olan digər iki sərnişin həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti