...

Türkiyədə koronavirusdan sağalanların sayı 128 minə yaxınlaşır

Dünya xəbərləri Materials 31 May 2020 22:27 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 128 minə yaxınlaşır

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 25 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 540 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 839 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 163 942 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 989 nəfər olmaqla 127 973 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 35 600 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti