Bakı. Trend:
Əfqanıstanın paytaxtı Kabildə yerləşən məscidlərdən birində güclü partlayış olub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış terrorçu-intiharçı tərəfindən törədilib. İnsident nəticəsində məscidin imamı həlak olub, 3 nəfər isə yaralanıb.
Bildirilir ki, bütün yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.
Məlumata əsasən, Əfqanıstanın Daxili İşlər Nazirliyi ölən və yaralananlar haqqında məlumatı təsdiq edib.