...

Türkiyə və Rusiya COVİD-19-a qarşı vaksinin hazırlanması üzərində birgə işləyəcəklər

Dünya xəbərləri Materials 2 İyun 2020 23:03 (UTC +04:00)
Türkiyə və Rusiya COVİD-19-a qarşı vaksinin hazırlanması üzərində birgə işləyəcəklər

Bakı. Trend:

Türkiyə və Rusiya ye növ koronavirusa (COVİD-19) qarşı vaksinin hazırlanması üzərində birgə işləyəcəklər.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində yazıb.

Nazir bildirib: "Mənim Rusiyanın səhiyyə naziri, həmkarım Mixail Muraşko ilə telefon danışığım oldu. M.Muraşko qeyd etdi ki, onlar bizim COVİD-19-a qarşı tətbiq etdiyimiz müalicənin uğurlu olduğunu görürlər".

F.Qoza əlavə edib ki, telefon danışığı zamanı onlar iki ölkənin nazirliklərinə bağlı müəssisələrin koronavirusa qarşı dərman və vaksinin hazırlanması üzərinə birgə işləmələri barədə qərar qəbul ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti