Bakı. Trend:
Rusiyada koronavirusa yoluxma göstəriciləri artır.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 8 595 nəfər virusa yoluxub, 171 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 485 253 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 6 142 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 242 397 nəfər virusdan sağalıb, 236 714 nəfərin müalicəsi isə davam edir.