...

Rusiyada məktəblilər imtahansız attestat alacaq

Dünya xəbərləri Materials 11 İyun 2020 11:24 (UTC +04:00)
Rusiyada məktəblilər imtahansız attestat alacaq

Bakı. Trend:

Rusiyada məktəblilər imtahan vermədən attestat ala biləcək.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Mixail Mişustin müvafiq qərarı imzalayıb.

Qərara əsasən 9 və 11-ci sinif şagirdləri xüsusi qaydada orta təhsil barədə şəhadətnamə ala biləcək. Peşə məktəblərinə qəbul attestat qiymətlərinə əsasən həyata keçiriləcək.

Attestatların imtahansız verilməsi barədə qərar koronavirus pandemiyası ilə əlaqədar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti