...

Gürcüstanda ilk dəfə gün ərzində koronavirusa yoluxma qeydə alınmayıb

Dünya xəbərləri Materials 16 İyun 2020 12:58 (UTC +04:00)
Gürcüstanda ilk dəfə gün ərzində koronavirusa yoluxma qeydə alınmayıb

Bakı. Trend:

Gürcüstanda koronavirus qeydə alındıqdan sonra ilk dəfə gün ərzində virusa yoluxma baş verməyib.

Trend-in məlumatına görə, bunu Tbilisi infeksiya xəstəxanasının direktoru brifinq zamanı deyib.

İlk dəfə Gürcüstanda koronavirusa yoluxma fevralın 26-da qeydə alınıb.

Bu günədək ölkədə 879 nəfər yoluxub, 14 nəfər ölüb. 724 nəfər sağalıb, 141 nəfərin müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti