...

Ermənistanda etiraz aksiyasında 150-dən çox şəxs saxlanılıb

Dünya xəbərləri Materials 16 İyun 2020 16:46 (UTC +04:00)
Ermənistanda etiraz aksiyasında 150-dən çox şəxs saxlanılıb

Bakı. Trend:

Yerevanda Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, deputat Qaqik Tsarukyanın toxunulmazlığının aradan qaldırılmasına etiraz olaraq keçirilən aksiyada 154 nəfər saxlanılıb.

Ermənistan parlamentində keçirilmiş səsvermə zamanı deputatlar 87 lehinə səslə müxalif “Çiçəklənən Ermənistan” partiyası sədrinin mandatını ləğv edib.

Qeyd edək ki, Bir neçə gün əvvəl Q.Tsarukyan prokurorluğa çağırılaraq, seçki saxtakarlığı, mənimsəmə və vergidən yayınma ittihamları ilə bağlı ifadə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti