...

Almaniyada koronavirus izləmə proqramı bir gündə 6,5 milyon dəfə yüklənib

Dünya xəbərləri Materials 17 İyun 2020 21:35 (UTC +04:00)
Almaniyada koronavirus izləmə proqramı bir gündə 6,5 milyon dəfə yüklənib

Bakı. Trend:

Almaniyada hazırlanmış koronavirusun izlənməsi üzrə mobil tətbiq istifadəyə veriləndən sonra bir gün ərzində 6,5 milyon dəfə yüklənib.

Trend-in məlumatına görə, “Corona Warn” (Korona xəbərdarlığı) adlı tətbiq SAP və “Deutsche Telekom” şirkətləri tərəfindən 6 həftə ərzində hazırlanıb.

İlk gün proqramı ölkə əhalisinin 7 faizi yükləyib.

“Corona Warn” tətbiqi “Bluetooth” texnologiyası ilə işləyir və telefon sahibinə koronavirus testinin müsbət çıxmış şəxsə iki metr yaxınlaşacağı təqdirdə məlumat ötürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti