...

Robert Koçaryan azadlığa buraxıldı

Dünya xəbərləri Materials 18 İyun 2020 17:56 (UTC +04:00)
Robert Koçaryan azadlığa buraxıldı

Bakı. Trend:

Ermənistanın sabiq prezidenti Robert Koçaryan apellyasiya məhkəməsinin qərarı ilə həbsdən azad edilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, R.Koçaryanın vəkilləri onu azad etməkdən imtina etmiş birinci instansiya məhkəməsinin qərarından şikayət bildirmişdi.

Sabiq prezident 4,1 milyon dollar girov məbləğində azad edilib.

Xatırladaq ki, R.Koçaryan 2018-ci ildə 2008-ci il mart ayında baş verən etiraz aksiyalarının dağıdılmasına görə konstitusion quruluşu devirmək ittihamı ilə həbs edilmişdi. R.Koçaryan iki dəfə həbsdən azad edilsə də, ötən il yenidən həbs olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti