...

Ermənistanda daha 13 nəfər koronavirusdan öldü

Dünya xəbərləri Materials 20 İyun 2020 11:06 (UTC +04:00)
Ermənistanda daha 13 nəfər koronavirusdan öldü

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 19 708 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 551 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 13 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 332 nəfər koronavirusdan ölüb, 10 522 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti