...

Braziliyada 50 mindən çox insan koronavirusun qurbanı oldu

Dünya xəbərləri Materials 22 İyun 2020 07:31 (UTC +04:00)
Braziliyada 50 mindən çox insan koronavirusun qurbanı oldu

Bakı. Trend:

Braziliyada koronavirus ilə yoluxma səbəbindən ölənlərin sayı 50 mini keçib.

Trend-in məlumatına görə, bu barədə rəsmi statistikada bildirilib.

Məlumata əsasən, son sutka ərzində 641 ölüm halı qeydə alınıb, onların ümumi sayı 50,617-ə çatıb, təsdiqlənmiş yoluxma hallarının sayı 17 495 nəfər artaraq 1085 038-ə çatıb.

549 386 nəfərin sağaldığı bildirilir. İyunun 19-da ölkədə koronavirusa yoluxma hallarının sayı 1 milyonu ötüb, eyni zamanda sutka ərzində aşkar olunan halların sayına görə anti-rekord qeydə alınıb - 54,771.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti