...

Fransa payızda koronavirus vaksininin sınaqlarına başlayacaq

Dünya xəbərləri Materials 23 İyun 2020 20:59 (UTC +04:00)
Fransa payızda koronavirus vaksininin sınaqlarına başlayacaq

Bakı. Trend:

Fransanın “Sanofi” əczaçılıq şirkəti koronavirus vaksininin kliniki sınaqlarına bu ilin sentyabrında başlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

Bu vaksin Böyük Britaniyanın GSK şirkəti ilə birgə DNT-nin rekombinasiyası texnologiyası əsasında hazırlanıb. Şirkət bildirir ki, sınaqların uğurla başa çatacağı təqdirdə ildə 1 milyard doza istehsal oluna bilər. Həmin vaksinin 2021-ci ilin ilk yarısında satışa çıxarılması nəzərdə tutulur.

“Sanofi”, həmçinin “Translate Bio” şirkəti ilə birgə daha bir vaksinin üzərində işləyir. RNT fraqmentinin köçürülməsi üsulu ilə hazırlanan bu vaksinin ilin sonunadək sınaqlardan keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti