...

Türkiyədə koronavirusdan sağalanların sayı 164 min nəfəri ötüb

Dünya xəbərləri Materials 24 İyun 2020 22:07 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 164 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 24 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 025 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 492 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 191 657 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 386 nəfər olmaqla 164 234 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti