...

Tailandda fövqəladə vəziyyət daha bir ay uzadıldı

Dünya xəbərləri Materials 30 İyun 2020 16:36 (UTC +04:00)
Tailandda fövqəladə vəziyyət daha bir ay uzadıldı

Trend-i buradan izləyin

Bakı. Trend:

Tailandda koronavrus pandemiyası ilə əlaqədar tətbiq edilmiş fövqəladə vəziyyət rejimi daha bir ay müddətinə uzadılıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabineti qərar verib.

Yeni qərara əsasən, Tailandda fövqəladə vəziyyət iyulun 31-dək qüvvədə olacaq.

Eyni zamanda, iyulun 1-dən başlayaraq ölkədə bəzi məhdudiyyətlər də yumşaldılmağa davam edəcək.

Bu günədək Tailandda 3 171 nəfər koronairusa yoluxub, 58 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti