...

Koronavirus: ABŞ-da sutkalıq yoluxma rekordu, Fransada ikinci dalğa gözlənilir

Dünya xəbərləri Materials 3 İyul 2020 23:46 (UTC +04:00)
Koronavirus: ABŞ-da sutkalıq yoluxma rekordu, Fransada ikinci dalğa gözlənilir

Bakı. Trend:

ABŞ-da koronavirusa yoluxmanın sutkalıq rekordu qeydə alınıb.

Trend-in məlumatına görə, ötən gün ölkədə 52 mindən çox şəxs virusa yoluxub. Bu günədək ABŞ-da koronavirusa yoluxanların sayı 2,7 milyon nəfərə çatıb, 128 min nəfər isə həyatını itirib.

Eyni zamanda, Fransada mütəxəssislər epidemiyanın ikinci dalğasını gözləyirlər. Qeyd olunur ki, ölkə ərazisində şirkət və müəssisələrə 10 həftəlik maska ehtiyatı toplamaq tövsiyə olunub.

Serbiyada paytaxt Belqradda və bəzi regionlarda karantin rejimi yenidən tətbiq olunub. Ölkədə yoluxma sayı son günlərdə artmağa başlayıb.

Pandemiya ilə ən uğurlu mübarizə aparan ölkələrdən hesab olunan Yeni Zelandiyada səhiyyə naziri istefa verib. Onun karantin qaydalarını pozduğu məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti