...

Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi

Dünya xəbərləri Materials 4 İyul 2020 12:09 (UTC +04:00)
Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 670 min nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 6 632 nəfər virusa yoluxub, 168 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 674 515 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 10 027 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 446 879 nəfər virusdan sağalıb, 217 609 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti