...

İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 7 İyul 2020 04:22 (UTC +04:00)
İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

İndoneziyanın Yava adasının sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, zəlzələnin episentri Semaranq şəhərindən 142 km şimalda (Mərkəzi Yava əyalətinin inzibati mərkəzi) olub.

Yeraltı təkanların ocağı isə 525 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti