...

Məşhur hindistanlı aktyor koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 12 İyul 2020 05:54 (UTC +04:00)

Bakı. Trend:

Hindistanlı aktyor Amitabh Baççan koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə öz Twitter səhifəsində 77 yaşlı aktyor bildirib.

A.Baççan bildirib: "COVID ilə bağlı testimin nəticəsi pozitivdir, xəstəxanaya köçürüldüm, xəstəxana rəsmi orqanlara məlumat verir, ailələr və personlar testlərdən keçdi, nəticələr gözlənilir. Son 10 gün ərzində mənlə yaxın təmasda olan hər kəsdən xahiş olunur ki, testdən keçsin!"

Amitabh Baççan hind kinosu tarixinin ən titullu aktyorlarından biridir. O, 15 dəfə "Hind Oskarı" adlandırılan Filmfare Awards mükafatını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti