...

Norveçdə bıçaqlı hücumda 3 nəfər yaralanıb

Dünya xəbərləri Materials 15 İyul 2020 08:36 (UTC +04:00)
Norveçdə bıçaqlı hücumda 3 nəfər yaralanıb

Bakı. Trend:

Ötən gecə Norveçin Sarpsborg şəhərində baş verən hücum nəticəsində ən azı üç nəfər bıçaqlanıb.

Trend-in məlumatına görə, bu barədə Norveçin dövlət televiziya və radio şirkəti xəbər verib.

Məlumata əsasən, onlardan 2 nəfərin vəziyyəti ağırdır. Hücumlar şəhərin müxtəlif yerlərində həyata keçirilib.

Ölkənin cənub hissəsinin polis idarəsi öz "Twitter" səhifəsində hücumlar etməkdə şübhəli bilinən bir nəfərin tutulması barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti